Ana Sayfa > Özəl > Nepalda dəhşətli buzlaq fəlakəti: Çinlə strateji keçid yerlə-yeksan oldu

Nepalda dəhşətli buzlaq fəlakəti: Çinlə strateji keçid yerlə-yeksan oldu


Bu gün, 19:00. Yazar: vasif
Nepalda dəhşətli buzlaq fəlakəti: Çinlə strateji keçid yerlə-yeksan oldu



Nepalın yüksək dağlıq ərazisində buzlaq kütləsinin qopması nəticəsində güclü sel və palçıq axını baş verib. Təbii fəlakət Çinlə Nepalı birləşdirən strateji Rasuwagadhi sərhəd-keçid məntəqəsini ciddi şəkildə dağıdıb.
İlkin məlumatlara görə, buz, qaya və palçıqdan ibarət nəhəng kütlə vadidəki infrastrukturu, gömrük obyektlərini və nəqliyyat vasitələrini öz axınına qatıb. Hadisənin qəfil baş verməsi ərazidə olan insanların təxliyəsini çətinləşdirib.
Yayılan məlumatlarda fəlakət nəticəsində 460-dan çox insanın öldüyü, 1000-dən çox şəxsin itkin düşdüyü iddia edilir. Lakin itkilərin miqyası ilə bağlı bu rəqəmlərin rəsmi qurumlar tərəfindən yekun təsdiqlənməsi gözlənilir.
Dağlıq relyef, sürüşmə təhlükəsi və yeni buzlaq qopmaları ehtimalı axtarış-xilasetmə işlərini çətinləşdirir. Fəlakətin çay yatağının və vadinin relyefində də ciddi dəyişikliklər yaratdığı bildirilir.
Hadisə nəticəsində Çin-Nepal ticarət və nəqliyyat əlaqələri üçün mühüm əhəmiyyət daşıyan sərhəd keçidinin fəaliyyəti faktiki olaraq dayanıb.
Geri dön