Ana Sayfa > Özəl > Suriyada gözlənilməz təyinat: Məzlum Abdi prezidentin müşaviri oldu
Suriyada gözlənilməz təyinat: Məzlum Abdi prezidentin müşaviri olduBu gün, 16:16. Yazar: vasif |
![]() Suriyada yeni siyasi və hərbi inteqrasiya prosesinin ardınca diqqətçəkən təyinat həyata keçirilib. Prezident Əhməd Əl Şaraa SDG/YPG-nin rəhbəri Məzlum Abdini özünə müşavir təyin edib. Təyinatla bağlı prezident fərmanının imzalandığı bildirilir. Bu addım Dəməşqlə SDG/YPG arasında aparılan uzunmüddətli danışıqların və əldə olunan razılaşmanın davamı kimi təqdim edilir. Razılaşmaya əsasən, SDG ayrıca hərbi struktur kimi fəaliyyətini dayandıraraq Suriya ordusu və dövlət institutlarına inteqrasiya olunur. Məzlum Abdinin yeni vəzifə alması da həmin prosesin siyasi hissəsi kimi qiymətləndirilir. Eyni zamanda, razılaşma çərçivəsində qurumun nümayəndələrinin Suriyanın siyasi sistemində, o cümlədən parlamentdə təmsilçiliyinin nəzərdə tutulduğu bildirilir. Beləliklə, illərlə Dəməşqdən ayrı hərbi-siyasi xətt yürüdən qüvvələrin mərkəzi hakimiyyətə inteqrasiyası Suriyada yeni mərhələnin başlanğıcı kimi təqdim olunur. Geri dön |