Ana Sayfa > Ölkə > Bakıda elektrik faciəsi - Ölənlər var
Bakıda elektrik faciəsi - Ölənlər varBu gün, 12:24. Yazar: vasif |
![]() Bakının Sabunçu rayonunda elektrik cərəyanı vuran 36 yaşlı kişi ölüb. aia.az xəbər verir ki, hadisə avqustun 26-da Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbənin ərazisində kamera quraşdıran zaman elektrik cərəyanı vuran 1990-cı il təvəllüdlü Əlabbas Niftalıyev xəstəxanada həyatını itirib. Bundan başqa Binəqədi rayonunda elektrik cərəyanı vuran 46 yaşlı kişi ölüb. Hadisə ötən gün rayonda yerləşən zavodların birində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü Mərdan Əhmədov işlədiyi poladtökmə zavodunda elektrik cərəyanı vurması nəticəsində ölüb. Hər iki faktla bağlı araşdırma aparılır. Geri dön |