Ana Sayfa > Ölkə > Çingiz Abdullayevdən Polad Bülbüloğlunun evlənməsi xəbərinə REAKSİYA: “Buna son qoymağın vaxtı deyilmi?”

Çingiz Abdullayevdən Polad Bülbüloğlunun evlənməsi xəbərinə REAKSİYA: “Buna son qoymağın vaxtı deyilmi?”


Dünən, 23:56. Yazar: vasif
Çingiz Abdullayevdən Polad Bülbüloğlunun evlənməsi xəbərinə REAKSİYA: “Buna son qoymağın vaxtı deyilmi?”


Tanınmış yazıçı Çingiz Abdullayev jurnalistlərin diqqətini Poladın şəxsi həyatına yönəltməsini tənqid edib.

aia.az xəbər verir ki, Çingiz Abdullayev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Yazıçı jurnalistləri maraqlandıran əsas məsələnin Poladın şəxsi həyatı olduğunu qeyd edərək bunun artıq dayandırılmasının vaxtı çatdığını bildirib.

“Jurnalistlərimizi maraqlandıran yeganə məsələ Poladın şəxsi həyatıdır. Artıq buna son qoymağın vaxtı deyilmi? Bu, onun şəxsi işidir”, – deyə Çingiz Abdullayev vurğulayıb.

O, Poladın şəxsi həyatının ictimai müzakirə mövzusuna çevrilməsini mədəniyyətsizlik kimi qiymətləndirib:

“Tamamilə mədəniyyətsizlik hökm sürür və bu, sadəcə heyrətamizdir”.musavat.com
Geri dön