Ana Sayfa > Ölkə > Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törədib?
Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törədib?Dünən, 21:33. Yazar: vasif |
![]() Avqustun 26-da saat 18:00 radələrində Bakı şəhərinin Azadlıq prospekti 149 ünvanında yerləşən çay evlərindən birində insident baş verdiyi iddia olunur Poliqon xəbər verir ki, bu barədə Jurnalist Samir Feyruzov facebook sosial şəbəkə hesabında paylaşım edib. Hadisə zamanı Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin atası olduğu bildirilən Məhəmməd Abdullayevin Aqil adlı şəxsin baş nahiyəsinə küt alətlə zərbə endirdiyi iddia edilir. ![]() Məlumata əsasən, hadisə nəticəsində zərərçəkənin baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir. Hadisə ilə bağlı Məhəmməd Abdullayevin Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin atası olub-olmadığını dəqiqləşdirmək məqsədilə icra başçısı ilə əlaqə saxlanılıb. Səbuhi Abdullayev məsələni nə təsdiq, nə də təkzib edib. Poliqon.info Geri dön |