Ana Sayfa > Siyasət > Prezident “Sabah”a 5 milyon ayırdı
Prezident “Sabah”a 5 milyon ayırdıBu gün, 15:51. Yazar: vasif |
![]() Azərbaycan Prezidentinin ehtiyat fondundan “Sabah” futbol klubuna 5 milyon manat ayrılıb. “aia.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzayalıb. Sərəncama əsasən, UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Sabah” futbol klubuna 5,0 (beş) milyon manat ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Geri dön |