Ana Sayfa > Özəl > Ermənistanda kilsə-hakimiyyət savaşı böyüyür: II Qareginə “katolikos deyilsən” mesajı
Ermənistanda kilsə-hakimiyyət savaşı böyüyür: II Qareginə “katolikos deyilsən” mesajıBu gün, 17:38. Yazar: vasif |
![]() Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma daha da sərtləşir. Parlament rəhbərliyindən II Qareginə ünvanlanan son açıqlamada onun katolikos kimi qəbul edilmədiyi bildirilib. Açıqlamada II Qareginin istefası tələb olunaraq katolikosun kilsənin subaylıq qaydalarına uyğun yaşamalı olduğu vurğulanıb. Onun övladının olması ilə bağlı iddialar da bu mövqeyə əsas kimi göstərilib. Bildirilib ki, gələcək katolikosun hakimiyyətə və ya “Mülki Müqavilə” Partiyasına yaxın şəxs olması vacib deyil. Əsas tələb kilsə qaydalarına əməl edən və cəmiyyət tərəfindən qəbul olunan din xadiminin seçilməsidir. Son açıqlamalar Ermənistanda hakimiyyət-kilsə qarşıdurmasının artıq dini müstəvidən çıxaraq ciddi siyasi mübarizəyə çevrildiyini göstərir. Geri dön |