Ana Sayfa > Özəl > Paşinyan Köçəryanın sərvətini hədəfə aldı: “Bu milyardlar haradandır?”
Paşinyan Köçəryanın sərvətini hədəfə aldı: “Bu milyardlar haradandır?”Bu gün, 19:29. Yazar: vasif |
![]() Ermənistanın baş naziri Nikol Paşinyan sabiq prezident Robert Köçəryanın həbsi və ona qarşı irəli sürülən korrupsiya iddiaları ilə bağlı sərt açıqlamalar verib. Paşinyan Köçəryanın böyük sərvətinin mənbəyini sual altına alaraq onun “bizneslə məşğul olmuşuq” izahını qəbul etmədiyini bildirib. Baş nazir “Toyota İrəvan”dakı pay və paytaxtın mərkəzində torpaq sahələrinin əldə edilərək dəfələrlə baha qiymətə satılması kimi məsələləri misal çəkib. Ermənistan hökumətinin rəhbəri qanunsuz yollarla əldə edildiyi müəyyənləşdirilən əmlak və vəsaitlərin dövlətə qaytarılmasının vacibliyini vurğulayıb. O, Robert Köçəryanla yanaşı, sabiq prezident Serj Sarkisyan və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Tsarukyanın da yalnız qanuni gəlirləri hesabına yaşamalı olduğunu deyib. “Qanunsuz əldə edilənlər son sentinə qədər dövlətə və xalqa qaytarılmalıdır”, – deyə Paşinyan bildirib və bunun baş verməyəcəyi halda ölkədə yeni siyasi dəyişikliklərə ehtiyac yarana biləcəyini söyləyib. Paşinyan eyni zamanda Bütün Ermənilərin Katolikosu II Qaregini də hədəfə alaraq onun ölkənin müxtəlif bölgələrinə insanları göndərməklə “yeni inqilab” üçün fəaliyyət göstərdiyini iddia edib. Geri dön |