Ana Sayfa > Özəl > Fransada qanlı insident: Avtomobil izdihamın üzərinə sürüldü – 2 ölü, 10 ağır yaralı
Fransada qanlı insident: Avtomobil izdihamın üzərinə sürüldü – 2 ölü, 10 ağır yaralıBu gün, 16:16. Yazar: vasif |
![]() Fransanın Kan şəhərində qatar stansiyası yaxınlığında ağır hadisə baş verib. Avtomobilin tramvay gözləyən insanların üzərinə sürülməsi nəticəsində 2 nəfər həyatını itirib, ən azı 10 nəfər ağır yaralanıb. Hadisənin yerli vaxtla təxminən saat 22:15-də baş verdiyi bildirilir. Kalvados prefekti Devid Klavyenin açıqlamasına görə, sürücü avtomobili piyadaların üzərinə qəsdən yönəldib. Polis 26 yaşlı, Rusiya doğumlu şübhəli şəxsi saxlayıb. Hadisədən sonra ərazidən uzaqlaşan sürücü Kan şəhərindən təxminən 20 kilometr aralıda yerləşən Uistreamda ələ keçirilib. İlkin istintaq məlumatlarında terror motivinə dair əlamət aşkarlanmadığı bildirilir. Hadisənin əvvəlcədən baş vermiş mübahisə fonunda törədildiyi ehtimal olunur. Araşdırma davam edir və insidentin dəqiq səbəbləri, eləcə də şübhəlinin motivi istintaqın nəticələrindən sonra aydınlaşacaq. Geri dön |