Ana Sayfa > İdman > “Qarabağ” “Tvente” ilə həlledici oyuna çıxır
“Qarabağ” “Tvente” ilə həlledici oyuna çıxırBu gün, 10:24. Yazar: vasif |
![]() “Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. “aia.az” xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Tvente” komandasını qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək. Qeyd edək ki, komandalar arasında Niderlandda oynanılan ilk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb. Turu keçən komanda Liqa mərhələsinə yüksələcək. Mübarizəni uduzan komanda isə avrokuboklarla vidalaşacaq. 27 avqust UEFA Konfrans Liqası Pley-off mərhələsi, cavab oyunu 20:00. “Qarabağ” (Azərbaycan) – “Tvente” (Niderland) Baş hakim: Rohit Saqqi (Norveç) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu İlk oyun - 1:0 Geri dön |