Ana Sayfa > İdman > Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaq
Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaqBu gün, 10:20. Yazar: vasif |
![]() Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. “aia.az” xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu “Sabah” 4-cü səbətdə yer alıb. Hər komandanın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. 1-ci səbət PSJ (Fransa) “Bavariya” (Almaniya) “Real” Madrid (İspaniya) “Liverpul” (İngiltərə) “İnter” (İtaliya) “Mançester Siti” (İngiltərə) “Arsenal” (İngiltərə) “Barselona” (İspaniya) “Atletiko” Madrid (İspaniya) 2-ci səbət “Borussiya” Dortmund (Almaniya) “Roma” (İtaliya) “Sportinq” (Portuqaliya) “Aston Villa” (İngiltərə) “Portu” (Portuqaliya) “Mançester Yunayted” (İngiltərə) “Brügge” (Belçika) “Betis” (İspaniya) PSV (Niderland) 3-cü səbət “Feyenoord” (Niderland) “Lill” (Fransa) “Budyo-Qlimt” (Norveç) “Napoli” (İtaliya) “Leyptsiq” (Almaniya) “Vilyarreal” (İspaniya) “Fənərbaxça” (Türkiyə) “Şaxtyor” (Ukrayna) “Qalatasaray” (Türkiyə) 4-cü səbət “Slaviya” Praqa (Çexiya) “Slovan” Bratislava (Slovakiya) “Ştutqart” (Almaniya) AEK (Yunanıstan) LASK (Avstriya) “Komo” (İtaliya) “Lans” (Fransa) “Vikinq” (Norveç) “Sabah” (Azərbaycan) Qeyd edək ki, liqa mərhələsinin oyunlarına sentyabrın 8-i start veriləcək. Çempionlar Liqasının Liqa mərhələsinin tam təqvimi, oyunların tarixləri və başlama saatları isə avqustun 29-dan gec olmayaraq açıqlanacaq. Geri dön |