Ana Sayfa > Dünya > Pezeşkiandan SEPAH-a İLGİNC xəbərdarlıq – “Bunu indi etməsək..”
Pezeşkiandan SEPAH-a İLGİNC xəbərdarlıq – “Bunu indi etməsək..”Bu gün, 17:47. Yazar: vasif |
![]() “İran üçün müharibəni indi bitirməsi daha yaxşıdır”. Bunu İran prezidenti Məsud Pezeşkian bildirib. Onun sözlərinə görə, müharibənin hazırda, İranın güc və ləyaqət mövqeyində olduğu bir vaxtda başa çatdırılması daha yaxşıdır: “Bu gün, biz güc və ləyaqət mövqeyində olduğumuz halda müharibəni bitirmək daha yaxşıdır”. Pezeşkian bununla nəyin mesajını və kim(lərə)ə verir? SEPAH-amı? ABŞ-də aralıq (noyabr) seçkilərindən sonra müharibənin daha kəskin fazası başlaya bilərmi? Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, ABŞ-İran arasında davam edən "nə "müharibə, nə sülh" hər iki dövlətə sırf etmir: "Bu cür qeyri-müəyyənlik Körfəz ölkələri üçün də məqbul deyil. Regionun daimi gərgin vəziyyətdə saxlanılması Hörmüzdən istifadə edən Çin, Hindistan, Yaponiya, Cənubi Koreyanın iqtisadiyyatına mənfi təsir göstərir. Dünyada neftin qiymətinin sabit saxlanılmasına imkan vermir. Doğrudur, ABŞ neft ixrac edən ölkə kimi neftin qiymətinin ucuz olmamasından böyük maliyyə qazanır. Lakin proseslərin bu cür davamı onun həm körfəzdəki həm də Qərbdəki müttəfiqlərini narahat edir. Mövcud status- kvodan ən çox əziyyət çəkən isə İrandır. İqtisadiyyatı dağıdılmış, hərbi gücü kifayət qədər zəiflədilmiş Tehran rejimi təcridin daxili neqativ effektindən çəkinir. İqtisadi böhran ciddi sosial fəsadlar və etirazlar doğurarsa, bunun qarşısını almaq çox çətin olacaq. Məsud Pezeşkian bunu yaxşı bilir. Trampın da dəyişən taktikası əsasən İranın iqtisadi çöküşünə hesablanıb. Pezeşkian bunları görür və açıq gözlə qiymətləndirir. Prezident olaraq gələcək böyük təhlükələrin həyəcan siqnalını verir. Şübhəsiz ki, əsas mesaj SEPAH başda olmaqla gərginliyin davam etməsində maraqlı olan radikal güclərə ünvanlanıb”. Ekspertə görə, böyük itkilərə məruz qalsa da, İran rejimi hələ öz avtoritetini daxildə və proksi qüvvələri arasında saxlayır: “Psixoloji və mənəvi , hətta hərbi üstünlükdə olduğunu iddia edə bilir. Təbliğat üçün həm daxili həm xarici auditoriyaya ötürəcəyi alətlər və mesajlar var. Qalib kimi olduqlarını deyirlər. Hələ tam çöküş də baş verməyib. Ona görə Pezeşkian əllərində olanı saxlamağın faydasını anlayır. Qeyri-müəyyənlik uzandıqca daxildə də böhran dərinləşir. Regionla təsir gücündən tam məhrum olur. Fikrimcə, onun “bu gün biz güc və ləyaqət mövqeyində olduğumuz halda müharibəni bitirmək daha yaxşıdır" sözləri reallıqdan doğur və daha az itki və güzəştlərlə müharibədən çıxmaq istəklərinin təzahürüdür. SEPAH faktiki olaraq hazırda İranda hegemondur və barışmaz mövqeyi hərbi əməliyyatların yenidən başlaması risklərini artırır. Tramp üçün də aralıq seçkilərdə özünü uğurlu prezident kimi cəmiyyətə göstərmək lazımdır. Mövqelərini təkcə beynəlxalq aləmdə deyil, həmçinin daxildə də zəiflədir. Demək, tərəflərin bu və ya digər mənada müharibənin bitirilməsi ilə bağlı devidentləri var. Hərə də buna öz baxış bucağından qiymət verəcək. Ancaq müharibənin taleyi məncə təkcə Vaşinqton Tehrandan asılı deyil. Qlobal güclərin sülhlə bağlı mövqeyi də maraq doğurur”. Geri dön |