Ana Sayfa > Özəl > Trampdan Ər-Riyada nüvə təklifi – Qarşılığında İsraillə normallaşma şərti

Trampdan Ər-Riyada nüvə təklifi – Qarşılığında İsraillə normallaşma şərti


Bu gün, 19:00. Yazar: vasif
Trampdan Ər-Riyada nüvə təklifi – Qarşılığında İsraillə normallaşma şərti



Donald Tramp administrasiyası Səudiyyə Ərəbistanı ilə dinc nüvə əməkdaşlığına dair sazişi təsdiqlənməsi üçün ABŞ Konqresinə təqdim edib.
Razılaşma Səudiyyə Ərəbistanının dinc nüvə energetikası proqramının inkişafında ABŞ-nin iştirakını nəzərdə tutur. Sazişin uzunmüddətli olması və Amerika şirkətlərinə krallığın nüvə energetikası layihələrində geniş imkanlar yaratması planlaşdırılır.
Lakin Vaşinqton məsələni mühüm siyasi şərtlə əlaqələndirir. Tramp administrasiyası Ər-Riyadın İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim Sazişlərinə qoşulmasını istəyir.
Tramp daha əvvəl bildirmişdi ki, razılaşma Səudiyyə Ərəbistanında uranın zənginləşdirilməsini nəzərdə tutmayacaq. Eyni zamanda o, nüvə əməkdaşlığının həyata keçirilməsi üçün İsraillə normallaşma şərtini açıq şəkildə gündəmə gətirib.
Beləliklə, ABŞ-Səudiyyə nüvə əməkdaşlığı təkcə enerji layihəsi deyil, Vaşinqtonun Yaxın Şərqdə İsrail-Səudiyyə münasibətlərini normallaşdırmaq planının mühüm siyasi alətlərindən birinə çevrilir.
Geri dön