Ana Sayfa > Ölkə > DİN-dən əməliyyat - Borcunu qaytarmayan 101 nəfər tutuldu

DİN-dən əməliyyat - Borcunu qaytarmayan 101 nəfər tutuldu


Bu gün, 11:00. Yazar: vasif
DİN-dən əməliyyat - Borcunu qaytarmayan 101 nəfər tutuldu


Avqustun 25-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarışda olan 101 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
Geri dön