Ana Sayfa > Siyasət > Qarabağ separatizmi ilə birgə çökən Koçaryan - Sülh onların siyasi biznes modelinin iflasıdır
Qarabağ separatizmi ilə birgə çökən Koçaryan - Sülh onların siyasi biznes modelinin iflasıdırBu gün, 19:10. Yazar: vasif |
![]() Bir vaxtlar Qarabağ üzərindən siyasi imperiya quran Robert Köçəryanın və Serj Sərkisyanın qara günləri başlayıb. Ermənistanın sabiq prezidenti və “Ermənistan” blokunun lideri korrupsiya işi çərçivəsində saxlanılıb. Oğlu Sedrak da saxlanılanlar arasındadır, ailəyə və bizneslərinə aid bir sıra ünvanlarda axtarışlar aparılıb. Və bu proses artıq Koçaryanla məhdudlaşmır. Bu gün həm də Ermənistanın üçüncü prezidenti, Xocalı qatili Serj Sarkisyana qarşı da cinayət təqibi başlanıb. Sarkisyan istintaqa çağırılıb və Antikorrupsiya Komitəsinə gəlib. Ona Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb. Beləliklə, Qarabağ separatizminin və Azərbaycana qarşı işğal siyasətinin əsas simaları olan Koçaryan və Sarkisyan eyni cinayət işi çərçivəsində cavab veririlər. Xatırladım ki, Koçaryan iyunun 7-də baş tutan parlament seçkilərindən sonra ölkədən çıxmağa cəhd edərkən Zvartnots hava limanında saxlanılmışdı. “Şəxsi səfər” kimi təqdim edilən bu cəhd bir vaxtlar minlərlə gənci lazımsız müharibəyə göndərərək onların həyatına son qoyan siyasət dəllalının gözlənilən oyunlarından biri idi. Amma bu iki ünsürün haqq-hesabı təkcə korrupsiya ilə bitmir. Onlar Qarabağ separatizminin əsas siyasi simalarından (simasızlarından) biri, Azərbaycana qarşı işğal və terrorların təşkilatçısıları, Xocalı soyqırımının canilərindəndirlər. Onların siyasi portretinin arxasında həm də minlərlə erməni gəncinin mənasız müharibələrdə həyatını itirməsi dayanır. Onlar eyni zamanda illər boyu Rusiyanın Ermənistanda əsas maşalarından biri olublar. Ağa “sür dərəyə” deməmiş, Koçaryan və Serjik dərəyə sürüblər... Lakin Cənubi Qafqaz artıq dəyişib. Bu reallığı Koçaryan, Sarkisyan və onların arxasında dayanan qüvvələr yox, Azərbaycan xalqı və İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və dövləti yaradıb. Azərbaycan Ordusunun gücü və xalqın iradəsi nəticəsində Qarabağ separatizmi tarixin zibilliyinə atılıb. Dünən Xankəndidə özlərini toxunulmaz hesab edən, səltənət quran separatçı “liderlər” bu gün Bakıda öz layiqli cəzalarını çəkirlər. İndi Qarabağ Azərbaycandır, separatçı rejim yoxdur və onun siyasi meyitlərindən ikisi öz ölkələrində növbəti dəfə istintaqdadırlar. Prosesin sonunda yollarının Bakıdan keçməsi də istisna deyil. Əgər Ermənistan məhkəməsi qarşısında barələrində qanuni hökm çıxarılarsa, Azərbaycan ərazisində törətdiyi cinayətlərlə bağlı hüquqi məsuliyyət məsələsinin gündəmə gəlməsi tamamilə başqa mərhələnin başlanğıcı ola bilər. Bir vaxtlar Qarabağın Azərbaycana heç vaxt qayıtmayacağını hər vəchlə vurğulayan Koçaryan və Sarkisyanın bir gün Bakıya məhz qanun qarşısında cavab vermək üçün gəlməsi isə tarixi ədalətə ən yaxşı nümunələrdən biri ola bilər. Daha bir mühüm məqam var: Azərbaycan və Ermənistan sülhə doğru irəliləyir. Bu, Qarabağ kartı üzərində siyasi karyera quran revanşist qüvvələrin sonunu yaxınlaşdırır. Çünki sülh onların siyasi biznes modelinin iflasıdır. Ona görə də bu qüvvələr yeni reallığı qəbul etmir, düşmənçiliyi diri saxlamağa və sülh prosesinə mane olmağa çalışırlar. Koçaryan və Sarkisyan Qarabağ separatizmi ilə yüksəlmişdilər. Qarabağ separatizmi çökdü — cəhənnəmə vasil oldu, onların bir qara qəpik qədər dəyəri olmayan siyasi simasızlığı isə onun altında qaldı... Sahil TAHİRLİ Geri dön |