Ana Sayfa > Cəmiyyət > Rusiyada antiterror əməliyyatı - 6 nəfər tutuldu

Rusiyada antiterror əməliyyatı - 6 nəfər tutuldu


5-04-2017, 14:37. Yazar: admin
Rusiyada antiterror əməliyyatı - 6 nəfər tutuldu




Sankt-Peterburqda terrora yardım etdiyinə görə Orta Asiyadan olan altı nəfər saxlanılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, onlar 2015-ci ilin noyabrından Sankt-Peterburqda yaşayan orta asiyalıları “Cəbhat ən-Nüsra” və İŞİD kimi terror təşkilatlarına cəlb etməklə məşğul olublar.

Hazırda onların yaşadığı evlərdə axtarış aparılır.

Bildirilib ki, hələlik həmin şəxslərin Sankt-Peterburq metrosunda partlayış törədən şəxslə əlaqəsinin olması barədə məlumat yoxdur.

AİA.az
Geri dön