Ana Sayfa > Özəl > Çin ABŞ-la hərbi rəqabətdə yeni mərhələyə keçir – 38 ölkədən Pekinə çağırış

Çin ABŞ-la hərbi rəqabətdə yeni mərhələyə keçir – 38 ölkədən Pekinə çağırış


Bu gün, 17:15. Yazar: vasif
Çin ABŞ-la hərbi rəqabətdə yeni mərhələyə keçir – 38 ölkədən Pekinə çağırış



Çinin Sakit okeanda hərbi fəallığını artırması və sualtı qayıqdan strateji raket sınağı keçirməsi beynəlxalq narahatlığa səbəb olub. Bir sıra ölkələr Pekini bu tip sınaqlar barədə əvvəlcədən məlumat verməyə çağırıb.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ, Yaponiya, Cənubi Koreya və digər dövlətlərin birgə bəyanatında xəbərdarlıq edilmədən nüvə qabiliyyətli raketlərin sınağının yanlış hesablamalar və regional gərginlik riskini artırdığı vurğulanıb.
Politoloq hesab edir ki, beynəlxalq çağırışların Çinin hərbi strategiyasını dəyişəcəyi gözlənilmir. Pekin hərbi dəniz qüvvələrini və nüvə arsenalını genişləndirməklə ABŞ-la mövcud hərbi fərqi azaltmağa çalışır.
Şahinoğlunun fikrincə, əsas mübarizə strateji dəniz yollarına nəzarət uğrunda gedir. Çin üçün xüsusilə Tayvan boğazı mühüm əhəmiyyət daşıyır. Bu ərazi yarımkeçirici sənayesi və qlobal ticarət baxımından kritik mövqeyə malik olduğundan Vaşinqton da Pekinin burada dominant gücə çevrilməsinin qarşısını almağa çalışır.
ABŞ-Çin qarşıdurmasının başqa istiqaməti isə nüvə texnologiyalarıdır. Vaşinqton Çinin bəzi dövlət şirkətlərini həssas texnologiyaların əldə edilməsinə yönəlmiş fəaliyyətdə ittiham edir və onlara qarşı məhdudiyyətlər tətbiq edib.
Beləliklə, Pekinin dəniz qüvvələrini və nüvə imkanlarını genişləndirməsi ABŞ-Çin rəqabətini ticarət və texnologiya müstəvisindən daha təhlükəli hərbi-strateji mərhələyə daşıyır.
Geri dön