Ana Sayfa > Özəl > Gündəlik içdiyimiz bu içkilər mədə xərçəngi riski ilə əlaqələndirildi
Gündəlik içdiyimiz bu içkilər mədə xərçəngi riski ilə əlaqələndirildiBu gün, 17:00. Yazar: vasif |
![]() Şəkərli içkilərin müntəzəm və çox qəbulunun mədə xərçəngi riskinin yüksəlməsi ilə əlaqəli ola biləcəyi müəyyən edilib. Alimlər 112 mindən çox insanın məlumatlarını uzun müddət ərzində təhlil ediblər. İzləmə dövründə iştirakçılardan 278 nəfərə mədə xərçəngi diaqnozu qoyulub. Nəticələrə əsasən, gündə ən azı bir porsiya şəkərli içki qəbul edənlərdə mədə xərçəngi riski belə içkiləri ayda bir dəfədən az qəbul edənlərlə müqayisədə 2,45 dəfə yüksək olub. Qadınlarda isə bu əlaqənin daha güclü olduğu müşahidə edilib. Araşdırmada şəkərli qazlı içkilər, limonadlar, şəkər əlavə edilmiş meyvə içkiləri və idman içkiləri bu kateqoriyaya daxil edilib. Fruktozanın yüksək qəbulu ilə də mədə xərçəngi riskinin artması arasında əlaqə müşahidə olunub. Bununla belə, alimlər mühüm bir məqamı vurğulayırlar: araşdırma şəkərli içkilərin birbaşa mədə xərçənginə səbəb olduğunu sübut etmir. Tədqiqat müşahidə xarakterlidir və yalnız yüksək istehlakla xəstəlik riski arasında statistik əlaqə müəyyənləşdirib. Araşdırmada süni şirinləşdiricilərdən istifadə edilən içkilərlə mədə xərçəngi riskinin artması arasında isə oxşar əlaqə aşkarlanmayıb. Geri dön |