Ana Sayfa > Özəl > Vaşinqtondan SEPAH rəhbərliyi ilə bağlı 10 milyon dollarlıq addım

Vaşinqtondan SEPAH rəhbərliyi ilə bağlı 10 milyon dollarlıq addım


Bu gün, 20:00. Yazar: vasif
Vaşinqtondan SEPAH rəhbərliyi ilə bağlı 10 milyon dollarlıq addım



ABŞ Dövlət Departamenti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir sıra yüksək vəzifəli nümayəndələri barədə məlumat üçün 10 milyon dollaradək mükafat təklif edib.
Açıqlanan siyahıda SEPAH-ın baş komandanı Əhməd Vahidi, Mərkəzi Hərbi Komandanlığın rəisi Əli Abdullahi, Aerokosmik Qüvvələrin komandanı Səid Ağacani, Kiber-elektron Komandanlığının rəhbəri Həmid Rza Ləşgəryan və Kəşfiyyat İdarəsinin rəisi Məcid Xademinin adları yer alıb.
Siyahıda diqqət çəkən məqam Məcid Xademinin də adının göstərilməsidir. Məlumatlara görə, Xademi aprelin 6-da İsrailin həyata keçirdiyi hava zərbəsi nəticəsində öldürülüb.
Buna baxmayaraq, onun adının ABŞ Dövlət Departamentinin açıqladığı siyahıda qalması diqqət çəkib. Vaşinqtonun yeni addımı İranla münasibətlərdə gərginliyin davam etdiyi bir vaxtda SEPAH rəhbərliyinə qarşı təzyiqin daha da artırılması kimi qiymətləndirilir.
Geri dön