Ana Sayfa > Özəl > ABŞ-Kanada ticarət razılaşması son anda dağıldı – Qarşılıqlı tarif savaşı başlayır

ABŞ-Kanada ticarət razılaşması son anda dağıldı – Qarşılıqlı tarif savaşı başlayır


Bu gün, 19:39. Yazar: vasif
ABŞ-Kanada ticarət razılaşması son anda dağıldı – Qarşılıqlı tarif savaşı başlayır



ABŞ və Kanada arasında ticarət sazişi üzrə aparılan danışıqlar razılığın əldə edilməsinə az qalmış dayandırılıb. Bloomberg-in məlumatına görə, prosesə ABŞ-ın ticarət naziri Hovard Lutnik müdaxilə edib.
Lutnik təklif olunan razılaşmanın Kanada üçün daha əlverişli olduğunu bildirərək sənədə əlavə dəyişikliklərin edilməsini istəyib. Ottawa bu tələbləri qəbul etməyib. Daha sonra isə ABŞ tərəfi danışıqların pozulmasına görə Kanadanı ittiham edib.
Gərginliyin ardınca Donald Tramp Kanada avtomobilləri, avtomobil hissələri və poladına tətbiq edilən tariflərin 2027-ci il yanvarın 1-dən 50 faizə qaldırılacağını açıqlayıb.
Kanada da cavab tədbirlərinə hazırlaşır. Baş nazir Mark Karni ABŞ-ın qərarına qarşı 8 sentyabrdan cavab tariflərinin tətbiq ediləcəyini bildirib.
Beləliklə, razılaşma ilə yekunlaşması gözlənilən danışıqlar əks istiqamətə çevrilərək ABŞ və Kanada arasında yeni ticarət qarşıdurması riskini artırıb.
Geri dön