Ana Sayfa > İdman > “Sabah” ÇL-də həlledici oyuna çıxır
“Sabah” ÇL-də həlledici oyuna çıxır25-08-2026, 08:30. Yazar: vasif |
![]() Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunlarına start veriləcək. “aia.az” xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da həlledici qarşılaşmada meydana çıxacaq. Bakı təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda İsrail çempionu “Hapoel” (Beer-Şeva) ilə üz-üzə gələcək. Saat 20:45-də başlayacaq görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. İlk oyunda səfərdə rəqibinə 1:2 hesabı ilə məğlub olan “Sabah” doğma meydanda bu nəticəni dəyişərək, növbəti mərhələyə yüksəlməyə çalışacaq. UEFA Çempionlar Liqası Pley-off, cavab oyunu 25 avqust 20:45. “Sabah” (Azərbaycan) - “Hapoel” (Beer-Şeva, İsrail) Hakimlər: İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (Rumıniya) VAR: Bastian Dankert (Almaniya) AVAR: Katalin Popa (Rumıniya) Tofiq Bəhramov adına Respublika stadionu İlk oyun - 1:2. Geri dön |