Ana Sayfa > Gündəm > Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış oldu - Fotolar

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış oldu - Fotolar


Bu gün, 20:47. Yazar: vasif
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış oldu - Fotolar


Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Leyla Əliyeva avqustun 24-də ilk Buxara Müasir İncəsənət Biennalesinin əsərlərinin bir hissəsi ilə tanış olub.

“aia.az” xəbər verir ki, Buxara Biennalesi Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondu tərəfindən keçirilir.

İlk dəfə 2025-ci ildə keçirilən Buxara Biennalesi Mərkəzi Asiyanın ən böyük mədəniyyət tədbirlərindən birinə çevrilib.

Hazırda Buxarada ilk Biennaledə nümayiş olunan əsərlərin bir hissəsi yenidən sərgilənir. Ekspozisiyada yerli və xarici müəlliflərin 70-ə yaxın əsərini görmək mümkündür. 2027-ci ildə ikinci Buxara Müasir İncəsənət Biennalesinin keçirilməsi planlaşdırılır.


Geri dön