Ana Sayfa > Dünya > ABŞ və İran arasında hərbi-iqtisadi gərginlik pik həddə: "Bütöv rejimi çökməyə məcbur edəcəyik"
ABŞ və İran arasında hərbi-iqtisadi gərginlik pik həddə: "Bütöv rejimi çökməyə məcbur edəcəyik"Bu gün, 17:17. Yazar: vasif |
![]() ABŞ Maliyyə Nazirliyi İrana qarşı "tarixin ən ağır" sanksiya paketini tətbiq etməyə və ölkəni tam iqtisadi təcrid vəziyyətinə salmağa hazırlaşır. aia.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə naziri Skott Bessent Financial Times nəşrində dərc olunan məqaləsində xəbərdarlıq edib. Bessent yazısında ABŞ-ın İrana qarşı müharibədə "yekun mərhələyə" qədəm qoyduğunu və "İqtisadi D-Day" adlandırdığı görünməmiş maliyyə hücumuna başladığını bildirib. Nazir vurğulayıb ki, Vaşinqtonun əsas məqsədi Tehran rejimini saxlayan bütün iqtisadi arteriyaları kəsməkdir. Bessent həmçinin xəbərdarlıq edib ki, İranla ticarət əlaqələrini davam etdirən və ya ona maliyyə dəstəyi verən istənilən üçüncü ölkə də ABŞ-ın sərt iqtisadi sanksiyaları və təcridi ilə üz-üzə qalacaq. ABŞ-ın bu sərt iqtisadi həmləsinə cavab olaraq İran Milli Təhlükəsizlik Ali Şurası və Silahlı Qüvvələri Vaşinqtonun "iqtisadi müharibəsinə" qoşulan ölkələri "düşmən" elan edəcəklərini, Fars körfəzindən və Hürmüz boğazından neft ixracını tamamilə dayandıra biləcəklərini bəyan ediblər. Geri dön |