Ana Sayfa > Dünya / Media > Avropa mediasından sensasion iddia: Azərbaycan mənşəli iki şəxs İrana görə gözaltında saxlanılır

Avropa mediasından sensasion iddia: Azərbaycan mənşəli iki şəxs İrana görə gözaltında saxlanılır


Bu gün, 17:45. Yazar: vasif
Avropa mediasından sensasion iddia: Azərbaycan mənşəli iki şəxs İrana görə gözaltında saxlanılır


Yunanıstan və Kiprdə İrana casusluq etməkdə şübhəli bilinərək saxlanılan Azərbaycan mənşəli iki şəxsin işi hüquqi qeyri-müəyyənliklə üz-üzə qalıb. Hər iki şəxs rəsmi olaraq casusluq maddəsi ilə məhkəmə məsuliyyətinə cəlb edilməsələr də, hələ də həbsdə saxlanılmaqda davam edirlər.

aia.az xəbər verir ki, bu barədə Yunanıstan və Kipr mediası hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Yunanıstanın "To Vima" və "Kathimerini" nəşrlərinin yazdığına görə, hər iki şübhəli Avropa İttifaqına daxil olmayan üçüncü bir ölkənin kəşfiyyat xidmətindən daxil olan məlumatlar əsasında Afina və Limassol şəhərlərində saxlanılıblar. Saxlanılanlardan biri – Gürcüstan vətəndaşı olan 36 yaşlı azərbaycanlı mart ayında Afina hava limanında ələ keçirilib.

İstintaqın versiyasına görə, o, Krit adasındakı Suda NATO dəniz bazasında hərbi gəmilərin hərəkətini lentə alıb. Lakin barəsində rəsmi həbs qətimkan tədbiri seçilmədiyi üçün polis milli təhlükəsizlik səbəbi ilə onun ölkəyə girişinə inzibati qadağa qoyub və inzibati deportasiya qərarı verib. Terrorla Mübarizə Şöbəsi tərəfindən aparılan ilkin araşdırma başa çatmadığından ona qarşı hələlik rəsmi cinayət ittihamı irəli sürülməyib.

Digər şübhəli – Böyük Britaniya və Azərbaycan vətəndaşlığı olan 44 yaşlı Rəşad Sultanov isə Kiprdə "Andreas Papandreu" aviabazasını və Britaniyaya məxsus "Akrotiri" hərbi obyektini izləməkdə günahlandırılaraq saxlanılıb.

Kipr prokurorluğu casusluq maddəsi üzrə cinayət təqibini dayandırsa da, Sultanov Londonun rəsmi sorğusu və verilən həbs orderi əsasında Böyük Britaniyaya ekstradisiya edilmək üçün həbsdə saxlanılır. musavat.com
Geri dön