Ana Sayfa > Ölkə > 2026-cı ilin sentyabrında keçiriləcək vətəndaş qəbullarının cədvəli açıqlanıb
2026-cı ilin sentyabrında keçiriləcək vətəndaş qəbullarının cədvəli açıqlanıbBu gün, 14:54. Yazar: azer |
![]() Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb. aia.az xəbər verir ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayacaq. Sentyabrın 1-də daxili işlər naziri Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək. Sentyabrın 4-də ədliyyə naziri Fərid Əhmədov Yevlaxda Yevlax, Mingəçevir, Bərdə, Tərtər və Ağcabədi sakinlərini, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə Bərdədə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Goranboy və Naftalan sakinlərini qəbul edəcək. Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Zəngilanda Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərini qəbul edəcək. Sentyabrın 9-da Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Samuxda Samux, Gəncə, Mingəçevir və Göygöl sakinlərini qəbul edəcək. Sentyabrın 11-də gənclər və idman naziri Fərid Qayıbov Şabranda Şabran və Xaçmaz sakinlərini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə Kəlbəcərdə Kəlbəcər və Laçın sakinlərini qəbul edəcək. Sentyabrın 16-da Baş prokuror Kamran Əliyev Şamaxıda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı sakinlərini qəbul edəcək. Sentyabrın 17-də iqtisadiyyat naziri Mikayıl Cabbarov Göygöldə Göygöl və Samux sakinlərini qəbul edəcək. Sentyabrın 18-də ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Xankəndidə Xankəndi, Şuşa, Ağdərə və Xocalı sakinlərini, elm və təhsil naziri Emin Əmrullayev Yardımlıda Yardımlı, Masallı və Cəlilabad sakinlərini, energetika naziri Pərviz Şahbazov Laçında Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Şuşa sakinlərini qəbul edəcək. Həmin gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Tərtərdə Tərtər, Ağcabədi, Ağdam, Bərdə və Laçın sakinlərini, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Şəmkirdə Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax sakinlərini, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov isə Ağdamda Ağdam, Füzuli və Xocavənd sakinlərini qəbul edəcək. Sentyabrın 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Lənkəranda Lənkəran, Astara, Lerik və Masallı sakinlərini qəbul edəcək. Sentyabrın 24-də mədəniyyət naziri Adil Kərimli Naxçıvanda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinlərini qəbul edəcək. Sentyabrın 25-də əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qusarda Qusar və Quba sakinlərini, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Cəlilabadda Cəlilabad, Biləsuvar və Cəbrayıl sakinlərini, kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şabranda Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar sakinlərini qəbul edəcək. Həmçinin həmin gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Naxçıvanda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinlərini, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirli Hacıqabulda Hacıqabul və Şirvan sakinlərini qəbul edəcək. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Samuxda Samux, Gəncə və Kəlbəcər sakinlərini, TƏBİB-in icraçı direktoru Anar Bayramov Xocavənddə Xocavənd, Ağdam və Füzuli sakinlərini, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev isə İsmayıllıda İsmayıllı, Ağsu və Qəbələ sakinlərini qəbul edəcək. Qeyd edək ki, təqdim olunan cədvəldə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun sentyabr ayında keçirəcəyi vətəndaş qəbulunun tarixi və yeri barədə məlumat göstərilməyib. Geri dön |