Ana Sayfa > Qərbi Azərbaycan / Manşet / Karusel > “İşdə qalmağımçün 5 min istədi” – Səhiyyədə daha bir rüşvət qalmaqalı

“İşdə qalmağımçün 5 min istədi” – Səhiyyədə daha bir rüşvət qalmaqalı


8-10-2015, 14:02. Yazar: admin
“İşdə qalmağımçün 5 min istədi” – Səhiyyədə daha bir rüşvət qalmaqalı
“İşdə qalmağımçün 5 min istədi” – Səhiyyədə daha bir rüşvət qalmaqalı
Şəmkir rayon Mərkəzi Xəstəxanasında biabırçı olay baş verib.

Baş həkimin tələb etdiyi rüşvəti verməyən tibb bacısı işdən çıxarılıb.Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı AzNews.az-a rayonun Seyfəli kənd sakini, işdən çıxarılan tibb bacısı Aybəniz Albabayeva verib. O bildirib ki, baş həkim ondan işdən çıxarılmaması müqabilində 5 min manat istəyib: "33 ildir ki, Çinarlı qəsəbəsində (keçmiş Leninkənd) yerləşən xəstəxanada tibb bacısı işləyirəm. 2012-ci ildə kursdan keçdim. 2014-cü ilin dekabr ayında isə Çinarlı Qəsəbə Xəstəxanasının baş həkimi Altay Quliyev məndən tez bir zamanda ona 5 min manat verməyimi tələb etdi. Bildirdi ki, verməsən səni işdən çıxardacam. 2015-ci ilin may ayında isə mənə dedi ki, 5 mini vermədiyin üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nürəddin Əhmədovun məsləhəti ilə səni işdən azad etdik. Mən dəfələrlə Nürəddin Əhmədovun qəbulunda olmuşam. Sonuncu dəfə o mənə bildirdi ki, növbəti dəfə bura gəlsən səni dəlixanaya qoyduracam. Çinarlı Qəsəbə Xəstəxanasının baş həkimi Altay Quliyev heç kimdən qorxmadığını, onun arxasında Nurəddin Əhmədovun və Bakıdakı tanışlarının olduğunu deyir. Hər dəfəsində istənilən yerə şikayət edə biləcəyimi bildirir. Altay Quliyev 65 yaşı tamam olmuş işçiləri təqaüdə göndərmək əvəzinə hansısa yollarla onları xəstəxanada saxlayır. Mən öz işimə yenidən bərpa olunmaq istəyirəm. Çünki üç övladım var. Həyat yoldaşım da rəhmətə gedib. Heç bir yerdən də gəlir yerim yoxdur”.

Məsələyə münasibət bildirən Çinarlı Qəsəbə Xəstəxanasının baş həkimi Altay Quliyev Aybəniz Abdullayevanın dediklərinin yalan olduğunu bildirdi. Onun sözlərinə görə, tibb bacısını işdən Şəmkir Rayon Mərkəzi Xəstəxanası çıxardıb:"Mənə yox, onlara müraciət etmək lazımdır. Çünki mən elə bir səlahiyyətim yoxdur ki, kimsəni işə götürüb çıxardım. Aybəniz Abdullayeva dövlət seltifikasiya komissiyasından kəsildiyi üçün nazirlik onu işdən çıxardıb. Belə olan halda mən ondan necə pul istəyə bilərəm? Ümumiyyətlə, mən ondan pul istəməmişəm. Biz kənd xəstəxanası olaraq nə işçi götürmürük, nə də işçi çıxartmırıq. O işlərə mənim qarışacağım yoxdur”.

Altay Quliyev Aybəniz Abdullayevanın yaxşı tibb bacısı olduğunu vurğulayıb: "O, gözəl işçidir. Mənim onunla elə də pis münasibətim olmayıb”.

Şikayətdə adı keçən Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nurəddin Əhmədov isə telefonlarımıza cavab vermədi.
Geri dön