Ana Sayfa > Ölkə > Bayram Məmmədovun qardaşının ölüm səbəbi - Açıqlandı
Bayram Məmmədovun qardaşının ölüm səbəbi - AçıqlandıBu gün, 14:43. Yazar: vasif |
![]() Avqustun 1-də anasını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilən Elvin Məmmədovun ölüm səbəbi məlum olub. Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən məlumat verilib. Bildirilib ki, 21.08.2026-cı il tarixində saat 14:40 radələrində 1992-ci il təvəllüdlü şəxs (kişi) Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşlarının müşayiəti ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub: “Pasiyentə beyin-qan dövranının işemik insult tipli pozulması diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 23.08.2026-cı il tarixində saat 16:00 radələrində onun bioloji ölüm faktı qeydə alınıb”. Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır. Geri dön |