Ana Sayfa > Siyasət / Parlament > Deputat beynəlxalq tədbirdə iştirak edəcək

Deputat beynəlxalq tədbirdə iştirak edəcək


Bu gün, 12:27. Yazar: azer
Deputat beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı, Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin Seyidzadə Parlamentlərarası Sədrlər Konfransının 2-ci iclasında iştirak etmək üçün avqustun 25-də Kamboca Krallığının paytaxtı Pnompen şəhərinə səfər edəcək.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə “Sülh və ortaq rifah naminə həmrəylik: Beynəlxalq hüququn gücləndirilməsi və münaqişələrin sülh yolu ilə həll edilməsi” mövzusunda müzakirələr aparılacaq.

Səfər avqustun 29-da başa çatacaq.
Geri dön