Ana Sayfa > Cəmiyyət / Karusel > Bakıda kütləvi dava: 2 gənc bıçaqlandı

Bakıda kütləvi dava: 2 gənc bıçaqlandı


5-04-2017, 10:43. Yazar: admin
Bakıda kütləvi dava: 2 gənc bıçaqlandı



Bakının Nəsimi rayonu ərazisində 2 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava baş verib.

Hadisə Cavadxan küçəsi, bina 23a-nın qarşısında qeydə alınıb. Belə ki, 4 nəfər arasında düşən əlbəyaxa dava sonda 2001-ci il təvəllüdlü Qəhrəmanlı Əli Namiq oğlu və 2000-ci il təvəllüdlü Salayev İsmayıl Seymur oğlunun bıçaqlanması ilə nəticələnib.

Zərərçəkənlər bədənlərinin müxtəlif nahiyələrindən aldıqları bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlanılıb.

AİA.az
Geri dön