Ana Sayfa > Ölkə > Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı

Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı


Dünən, 22:00. Yazar: vasif
Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı


İsmayıllıda göldə iki yeniyetmə - bacı və qardaş batıb.

“aia.az”ın əldə etdiyi məlumata görə, hadisə təsərrüfat əhəmiyyətli göldə baş verib.

Bildirilir ki, yeniyetmələr ehtiyatsızlıq nəticəsində gölə düşüblər.

Onlardan birinin – qızın meyiti sudan çıxarılıb.

Digər yeniyetmənin axtarışları davam etdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.
Geri dön