Ana Sayfa > Cəmiyyət / Karusel > Peterburq metrosunu partladanın kimliyi bəlli oldu - Foto

Peterburq metrosunu partladanın kimliyi bəlli oldu - Foto


4-04-2017, 18:25. Yazar: admin
Peterburq metrosunu partladanın kimliyi bəlli oldu - Foto



Rusiya İstintaq Komitəsi Sankt-Peterburqda partlayış törədən terrorçunun adını açıqlayıb.

AzVision.az "TASS"-a istinadən xəbər verir ki, Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, Sankt-Peterburqda metroda partlayışı qırğız əsilli Rusiya vətəndaşı 1995-cı təvəllüdlü Akberjon Cəlilov törədib.

Onun sözlərinə görə, partlayışı törədən şəxs içərisində partlayıcı qurğu olan çantanı “Ploşşad Vosstaniya” metrostansiyasında qoyub: “Ekspert-kriminalistlər içərisində partlayıcı qurğu olan çantada Cəlilovun genetik izlərini aşkarlayıblar”.

Qeyd edək ki, dünən Sankt-Peterburq metrosunun "Sennaya Ploşşad" stansiyasında qatarda törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb.

AİA.az
Geri dön