Ana Sayfa > Dünya > Kərkinin qaytarılmasının Putinə nə dəxli?
Kərkinin qaytarılmasının Putinə nə dəxli?Bu gün, 12:39. Yazar: vasif |
![]() Paşinyan Azərbaycan anklavlarının qaytarılmasının vacibliyini bəyan edın kimi Rusiya prezidentinin “mühüm xəritələr” açıqlaması ortaya atıldı- bu həm də sülh danışıqlarından uzaqlaşdırılan Moskvaya yeni “rol” almaq cəhdi kimi qiymətlındirilə bilər Ermənistanın baş naziri Nikol Paşinyanın Kərki daxil digər anklavlarla bağlı son açıqlaması İrəvanda yeni siyasi mübahisəyə səbəb olub. Musavat.com yada salır ki, Paşinyan avqustun 20-də keçirdiyi brifinqdə qondarma Tığranəşen kəndinin Azərbaycan toponimi olan Kərki adını işlədərək, bu yaşayış məntəqəsinin, eləcə də Barxudarı, Sofulu və Yuxarı Əskiparanın Ermənistan ərazisinə daxil olub-olmaması məsələsini gündəmə gətirib. Baş nazirin deyib ki, bu ərazilər Almatı Bəyannaməsinə əsaslanan və Ermənistanın 29 743 kvadratkilometr kimi təqdim etdiyi suveren əraziyə daxil deyil. Bu açıqlama İrəvanda dərhal ciddi etirazlarla qarşılanıb. Müxalifət və bir sıra hüquqşünaslar Paşinyanın mövqeyini yalnız siyasi güzəşt kimi deyil, həm də hüquqi baxımdan ciddi problem kimi qiymətləndiriblər. Onlar Ermənistan Konstitusiyasının 205-ci maddəsinə əsasən, dövlət sərhədlərinin dəyişdirilməsi məsələsi referendum yolu ilə həll oluna biləcəyini önə sürüblər. Konstitusiya hüququ üzrə mütəxəssis Goar Meloyan bildirib ki, Kərki Ermənistanın inzibati-ərazi bölgüsü haqqında qanunvericilikdə ölkənin kəndi kimi göstərilir və Ararat vilayətinin Ararat icmasının tərkibinə daxildir. Parlamentin dünənki iclasında müxalifətçi deputat Qoar Manukyan Paşinyanın Almatı Bəyannaməsinə istinad etməsi ilə razılaşmayıb. Manukyanın iddiasına görə, bəyannamə imzalan vaxt Kərki (Tiqranaşen) xəritədə Sovet Ermənistanının sərhədləri daxilində idi. Paşinyanın əleyhdarları Kərkinin status ilə bağlı indiki hakimiyyətin özünün qəbul etdiyi qanunvericiliyi də qabardırlar. Belə ki, 2021-ci ildə Ermənistan hakimiyyəti inzibati-ərazi bölgüsü haqqında qanuna dəyişiklik edərək kəndi Ararat icmasının tərkibinə daxil edib. Müxalif deputatlar 2022-ci ildə Paşinyanın özünün azərbaycanlı anklavlarının mövcudluğu üçün hüquqi əsas tapılmadığını söylədiyi çıxışını da xatırladırlar. Ermənistan müxalifəti iddia edir ki, Ermənistanın əlində sovet dövrünə aid hüquqi və xəritə materialları var və bu sənədlər məsələnin beynəlxalq hüquqi müstəvidə müzakirəsinə imkan verir. Və məhz bu nöqtədə Rusiya lideri Vladimir Putinin adı məsələyə daxil olur. Çünki erməni revaniştlərin iddiasına görə, sovet dövrünün inzibati sərhədləri və xəritələri məsələsində Rusiya arxivləri və xüsusilə də keçmiş SSRİ-nin hərbi xəritə materialları mühüm mənbə sayıla bilər. Rusiya Ermənilər İttifaqının rəsmi saytı isə prezident Putinin vaxtilə regiondakı münaqişə və sərhəd məsələləri ilə bağlı mövqeyini yada salıb. Bildirilib ki, Putin Ermənistan-Azərbaycan sərhədinin sovet dövründə necə keçdiyini göstərən ən dəqiq xəritələrin Rusiya Baş Qərargahında olduğunu bəyan edib. Yəni Ermənistanın bu gün Kərki, Barxudarı, Sofulu və Yuxarı Əskipara ilə bağlı anklav problemlərində “Putinin xəritələrini”, daha dəqiqi Moskvanın əlindəki mühüm arxiv materiallarının əsas götürülməsi cəhdi ortadadır. Bu əlbəttə, həm də sülh danışıqlarından uzaqlaşdırılan Moskvaya yeni “rol” almaq cəhdi kimi qiymətlındirilə bilər. Geri dön |