Ana Sayfa > Ölkə > Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - Video
Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - VideoBu gün, 11:06. Yazar: vasif |
![]() Xətai rayonu ərazisində - Ağ Şəhərdə zəncirvari yol qəzası baş verib. “aia.az” xəbər verir ki, “OUD Baku” restoranının qarşısında 7 avtomobil toqquşub. Nəticədə, “Porsche”, “Range Rover”, 2 ədəd “BMW” və digər markalı avtomobillərə ciddi zərər dəyib. Bildirilib ki, hadisəyə idarəetmədən çıxan avtomobillərdən biri səbəb olub. Qəzada xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. *** Ötən gecə Xətai rayonu Ağ Şəhər kompleksi 3-cü Şərq küçəsində saat 23:30 radələrində baş vermiş hadisə nəticəsində “Ronge Rover”, “Porsche”, “Mercedes”, “BYD”, “Audi”, “Hyundai” və “BMW” markalı avtomobillərə zərər dəyməsi müəyyənləşib. Hadisə yerindən görüntüləri təqdim edirik: Geri dön |