Ana Sayfa > Ölkə > Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıbBu gün, 10:31. Yazar: vasif |
![]() Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb. aia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avqustun 21-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Həmçinin axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Geri dön |