Ana Sayfa > Gündəm / Karusel > TARİXİ QƏRAR: Kərkük Kürdüstana verilir

TARİXİ QƏRAR: Kərkük Kürdüstana verilir


4-04-2017, 17:37. Yazar: admin
TARİXİ QƏRAR: Kərkük Kürdüstana verilir


İraqın şimalındakı Kərkük vilayəti Kürdüstan Muxtariyyətinin tərkibinə qatıla bilər.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, bu gün vilayət şurasında məsələ ilə bağlı iclas keçirilib. Şuranın türkmən və ərəb üzvlərinin boykot etdiyi iclas kürd nümayəndələrin planlaşdırdığı kimi keçib və Kərkük şəhərinin Kürdüstan muxtariyyətinin tərkibinə verilməsi barədə qərar qəbul edilib. Bu qərar vilayət ərazisində keçiriləcək referendumun nəticəsindən asılı olaraq qüvvəyə minəcək.

Qeyd edək ki, Kərkük Vilayət Şurasının sədri kürd əsilli Rebvar Tələbanidir. O, burada baş verənlərlə bağlı İraq hökumətini məlumatlandırdıqlarını deyib.

Onu da qeyd edək ki, Kərkük Vilayət Şurasının 41 üzvü var. Onlardan 26-sı kürd, 9-u türkmən, 6-sı isə ərəbdir. Keçən həftə kürdlərin iştirakı ilə keçirilən şura məclisində Kərkükdə İraq bayrağı ilə yanaşı Kürdüstan muxtariyyətinin bayrağının eyni hündürlükdə asılması barədə qərar qəbul edilmişdi. Maraqlıdır ki, İraq hökuməti şuranın bu qərarını təsdiqləmişdi.


AİA.az
Geri dön