Ana Sayfa > Gündəm / Karusel > Tikinti aparmaq istəyənlərin nəzərinə - İCAZƏ QAYDALARI DƏYİŞDİ

Tikinti aparmaq istəyənlərin nəzərinə - İCAZƏ QAYDALARI DƏYİŞDİ


4-04-2017, 17:31. Yazar: admin
Tikinti aparmaq istəyənlərin nəzərinə - İCAZƏ QAYDALARI DƏYİŞDİ



"Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları"na dəyişikliklər edilib.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, Qaydaların 1.9-cu bənddə "memarlıq-planlaşdırma bölməsini" sözləri "yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini" sözləri ilə əvəz edilib.

Belə ki, indiyə qədər həmin bəndə əsasən, məlumatlandırma icraatı tətbiq edildiyi layihələr üzrə sifarişçi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini, habelə sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini yerli icra hakimiyyəti orqanına təqdim edirdi.

Dəyişikliyə əsasən isə, sifarişçi tikinti layihəsinin "memarlıq-planlaşdırma bölməsi"nin əvəzinə "zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri"ni təqdim etməlidir.

AİA.az
Geri dön