Ana Sayfa > Dünya > Türkiyədə mədən çökdü - Ölən və yaralananlar var

Türkiyədə mədən çökdü - Ölən və yaralananlar var


Dünən, 21:10. Yazar: vasif
Türkiyədə mədən çökdü - Ölən və yaralananlar var


Türkiyənin Ankara vilayətində mədəndə baş verən uçqun nəticəsində 1 nəfər həlak olub, 8 nəfər xəsarət alıb.

“aia.az” Türkiyə mediasına istinadən xəbər verir ki, uçqun altında qalan 9 fəhlədən 8-i xilasedicilər tərəfindən yaralı olaraq çıxarılıb.

Hadisə yerinə dərhal çoxlu sayda təcili tibbi yardım və xilasetmə briqadaları cəlb olunub. Xəsarət alan fəhlələr təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı rəsmi təhqiqat və araşdırmalara başlanılıb.
Geri dön