Ana Sayfa > İqtisadiyyat > Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcəkDünən, 22:15. Yazar: vasif |
![]() Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. “aia.az” “Report”a istinadən xəbər verir ki, 9 vaqondan ibarət, çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan 22 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib. Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub. Geri dön |