Ana Sayfa > Özəl > Trampın oğullarının dəstəklədiyi şirkətə Yaxın Şərqdən 22,3 milyon dollarlıq SİFARİŞ

Trampın oğullarının dəstəklədiyi şirkətə Yaxın Şərqdən 22,3 milyon dollarlıq SİFARİŞ


Bu gün, 16:12. Yazar: vasif
Trampın oğullarının dəstəklədiyi şirkətə Yaxın Şərqdən 22,3 milyon dollarlıq SİFARİŞ



ABŞ-ın “Powerus” startapı Fars körfəzi regionunda fəaliyyət göstərən enerji şirkətlərindən biri ilə əks-dron sistemlərinin tədarükünə dair 22,3 milyon dollarlıq müqavilə imzalayıb.
Müqavilədə sifarişçi şirkətin adı açıqlanmayıb. “Powerus” bildirib ki, müştərinin kimliyi, eləcə də sistemlərin konkret olaraq harada yerləşdiriləcəyi təhlükəsizlik səbəbilə ictimaiyyətə təqdim edilmir.
Razılaşmaya əsasən, şirkət sifarişçiyə pilotsuz uçuş aparatlarının aşkarlanması və izlənilməsi üçün xüsusi avadanlıqlar təqdim edəcək. Sistemin gələcəkdə “Guardian” tutucu texnologiyasının inteqrasiyasına imkan verəcək formada hazırlandığı bildirilir. Bununla da enerji obyektlərinin dron hücumlarından müdafiə imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Məlumata görə, müqavilə Fars körfəzində yerləşən enerji şirkəti ilə bağlanıb. Regionda davam edən hərbi-siyasi gərginlik, xüsusilə strateji enerji infrastrukturlarına qarşı mümkün dron və raket hücumları təhlükəsi belə müdafiə texnologiyalarına tələbatı artırıb.
Diqqətçəkən məqamlardan biri “Powerus” startapının ABŞ Prezidenti Donald Trampın böyük oğullarının dəstəklədiyi biznes layihələri sırasında göstərilməsidir. Bu səbəbdən şirkətin Yaxın Şərqdə gərginliyin yüksəldiyi bir vaxtda milyonlarla dollarlıq müqavilə əldə etməsi ABŞ mediasında da diqqət çəkib.
Beləliklə, regionda təhlükəsizlik risklərinin artması yalnız hərbi və siyasi proseslərə deyil, müdafiə texnologiyaları bazarına da birbaşa təsir göstərir. Dron təhlükəsinin genişlənməsi enerji şirkətlərini kritik infrastrukturlarını qorumaq üçün yeni sistemlərə sərmayə yatırmağa sövq edir.
Geri dön