Ana Sayfa > İqtisadiyyat > SOCAR “WIN” Açıq İnnovasiya Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayır
SOCAR “WIN” Açıq İnnovasiya Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayırBu gün, 12:12. Yazar: azer |
![]() 21 avqust 2026-cı il tarixində SOCAR innovativ ideyaların və qabaqcıl texnologiyaların enerji sektoruna inteqrasiyasını hədəfləyən “WIN” (What is Next) Açıq İnnovasiya Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayıb. Layihənin əsas məqsədi neft-qaz əməliyyatlarını təkmilləşdirən və enerji keçidinə töhfə verən texnoloji həlləri SOCAR mütəxəssisləri ilə birgə sınaqdan keçirmək, onların tətbiq imkanlarını qiymətləndirməkdir. Proqram enerji keçidi və aşağı karbonlu texnologiyalar, süni intellekt, məlumat analitikası və rəqəmsallaşma, dayanıqlı iqtisadiyyat, əməliyyat mükəmməlliyi, eləcə də əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin qorunması (HSE) istiqamətlərini əhatə edir. Müraciətlər 12 sentyabr 2026-cı il tarixinədək dünyanın istənilən nöqtəsindən olan startaplar, texnologiya şirkətləri və innovatorlar üçün açıqdır. Seçim mərhələsini uğurla keçən iştirakçılara SOCAR mütəxəssisləri ilə birbaşa əməkdaşlıq şəraitində layihələrini real əməliyyat mühitində sınaqdan keçirmək üçün 20 000 ABŞ dollarınadək sınaq büdcəsi təqdim ediləcək. Proqramda iştirak etmək istəyən namizədlər rəsmi müraciət şərtləri və digər detallarla tanış olmaq üçün win.socar.az internet səhifəsinə daxil ola bilərlər. Geri dön |