Ana Sayfa > Karusel / Siyasət / Parlament > Deputatımız COP17 çərçivəsində keçiriləcək tədbirdə iştirak edəcək
Deputatımız COP17 çərçivəsində keçiriləcək tədbirdə iştirak edəcəkBu gün, 11:49. Yazar: azer |
![]() Milli Məclisin deputatı Pərvanə Vəliyeva “Parlamentarilər üçün Qlobal Dəyişiklik Liderləri Akademiyası” proqramında iştirak etmək məqsədilə avqustun 22-də Monqolustanın paytaxtı Ulan-Bator şəhərinə səfər edəcək. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Sözügedən proqram Ulan-Bator şəhərində keçiriləcək BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının (UNCCD) Tərəflər Konfransının 17-ci sessiyası (COP17) çərçivəsində təşkil olunacaq. Tədbirdə torpaq resurslarının bərpası, mühafizəsi və davamlı idarə olunması, bu sahədə beynəlxalq əməkdaşlığın təşviqi ilə bağlı fikir mübadiləsi aparılacaq. Səfər avqustun 29-da başa çatacaq. Geri dön |