Ana Sayfa > İdman > "Qarabağ"ın "Tvente" üzərində qələbəsi Azərbaycana nə qazandırdı?
"Qarabağ"ın "Tvente" üzərində qələbəsi Azərbaycana nə qazandırdı?Bu gün, 12:12. Yazar: vasif |
![]() UEFA ötən gün Avropa Liqası və Konfrans Liqasında keçirilən oyunlarda qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib. Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. Buna "Qarabağ"ın KL-in pley-off mərhələsinin ilk oyununda Kiyev "Dinamo"sunu səfərdə üstələməsi (1:0) şərait yaradıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib. Nəticədə cari mövsümdə qazanılan əmsal 3.375-ə yüksəlib. Bunun 1.250 əmsalı "Sabah"ın, 1.250-i "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 21.937-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Slovakiyanın 20.625 əmsalı var. Bir pillə öndə - 25-ci yerdə qərarlaşan Sloveniyanın ümumi qazancı isə 22,843-ə bərabərdir. 55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.907) başçılıq edir. (fanat.az) Geri dön |