Ana Sayfa > Manşet / Özəl / Təhsil > Məktəbli forması dəyişir?
Məktəbli forması dəyişir?Bu gün, 10:20. Yazar: azer |
![]() Məktəbli forması dəyişdiriləcəkmi? – Yekun qərar açıqlandı Bəzi məktəblərdə yeni tədris ili ilə əlaqədar şagirdlər üçün məktəbli formasının dəyişdiriləcəyi barədə məlumat verilib. Valideynlərin sözlərinə görə, bir neçə gün əvvəl onlara və şagirdlərə formanın dəyişdiriləcəyi, yeni geyim qaydasına əsasən göy şalvar və ağ köynəkdən istifadə olunacağı bildirilib. Bu məlumatın yayılmasından sonra bir sıra valideynlər narazılıq edərək yeni forma almaqla bağlı əlavə xərcin yaranacağından şikayətləniblər. Eyni zamanda, bəzi müəllimlərə formanın dəyişdirilməyə də biləcəyi bildirilib. Bu isə valideynlər arasında çaşqınlıq yaradıb. Bu barədə aia.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, yekun qərara əsasən, dövlət ümumi təhsil müəssisələrində şagird geyim formaları ilə bağlı hazırda hər hansı dəyişiklik edilməyib. Məktəblərdə tətbiq olunan formalar qüvvədə olan Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarı əsasında müəyyən edilir. Qeyd edilib ki, şagirdlər üçün geyim formaları yay və qış dəstlərindən ibarətdir. Məktəblərə təqdim olunan rəng və model nümunələri əsasında hər təhsil müəssisəsində yalnız bir geyim forması dəsti tətbiq olunur. Seçilən geyim forması isə ən azı 3 tədris ili müddətində dəyişdirilmədən istifadə edilir. Yəni yeni tədris ili ilə bağlı məktəbli geyim formalarında hər hansı yeni dəyişiklik nəzərdə tutulmayıb. Aysel Elnur aia.az Geri dön |