Ana Sayfa > Karusel / Özəl > Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib
Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edibBu gün, 17:46. Yazar: azer |
![]() Milli Məclisin deputatı Novruzəli Aslanov 20 avqust 2026-cı il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçicilərlə görüşüb. aia.az xəbər verir ki, millət vəkili bu dəfə vətəndaşları rayonun Cülyan kəndində qəbul edib. Qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə edilib. Kənd sakinlərini daha çox narahat edən məsələ su təchizatında mövcud olan bəzi problemlərlə bağlı olub. Həmçinin vətəndaşlar elektrik təchizatında da gərginliyin tez-tez aşağı düşdüyünü qeyd ediblər. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib. Qəbuldan sonra çay masası arxasında kənd ağsaqqalları ilə fikir mübadiləsi və müzakirələr aparılıb. Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən Cülyan kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Geri dön |