Ana Sayfa > İqtisadiyyat > Azərbaycandan Ermənistana yüklə dolu 39 vaqon yola salındı

Azərbaycandan Ermənistana yüklə dolu 39 vaqon yola salındı


Bu gün, 14:45. Yazar: vasif
Azərbaycandan Ermənistana yüklə dolu 39 vaqon yola salındı


Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
aia.az “Report”a istinadən xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2 725 ton olan buğda “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Geri dön