Ana Sayfa > Ölkə > Anar Nəcəfli AAYDA-dan getməyib

Anar Nəcəfli AAYDA-dan getməyib


Bu gün, 11:57. Yazar: vasif
Anar Nəcəfli AAYDA-dan getməyib


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat doğru deyil.
aia.az Anews.az-a istinadla xəbər verir ki, Anar Nəcəfli hazırda fəaliyyətini davam etdirir və media sorğularını cavablandıran məsul şəxs olaraq qalır.

Əldə etdiyimiz məlumata görə, AAYDA-da struktur dəyişiklikləri aparılıb və bunun çərçivəsində mətbuat şöbəsi ləğv edilib. Buna baxmayaraq, media ilə kommunikasiya və jurnalist sorğularının cavablandırılması Anar Nəcəfliyə həvalə olunub.

Anar Nəcəflinin AAYDA-dan ayrılması və ya vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmır.
Geri dön