Ana Sayfa > Ölkə > Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi
Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndiBu gün, 10:53. Yazar: vasif |
![]() Ötən sutka ərzində Rusiyanın Altay Respublikasının Turaçaq rayonunda ovçular beş ayını güllələyib. “aia.az” xəbər verir ki, bu barədə məlumatı region hökumətinin Mətbuat xidməti yayıb. Hazırda bölgədə 20:00-dan 10:00-a qədər komendant saatı qüvvədədir. Gecələr polislərdən və ovçulardan ibarət patrul qrupları növbə çəkirlər. Məlumata görə, son zamanlar kəndlərdə ayılar peyda olmağa başlayıb. Xatırladaq ki, avqustun 19-u gecə saatlarında Altayda Artıbaş kəndində yerləşən turist bazasında ayı hücumu qeydə alınıb. Ayı çadırda gecələyən 29 yaşlı qadın turisti meşəyə sürüyərək orada parçalayıb. Daha sonradan adının Snejana olduğu məlum olan qadının qalıqları aşkar edilib. Geri dön |