Ana Sayfa > Ölkə > “Chevrolet Niva” dərədən aşdı

“Chevrolet Niva” dərədən aşdı


Bu gün, 09:25. Yazar: vasif
“Chevrolet Niva” dərədən aşdı


Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“aia.az” xəbər verir ki, Diryan kənd sakini 1965-ci il təvəlüdlü Nuriyev İntiqam Ağarza oğlunun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobil dərəyə aşıb.

Belə ki, torpaq yolda idarəetmədən çıxan nəqliyyat vasitəsi hündürlükdən dərəyə yuvarlanıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanıb.

Araşdırma aparılır.
Geri dön