Ana Sayfa > Dünya > Vaşinqtonun blokadası işə yaramadı: İranın neft gəlirləri 7,5 milyard dollara çatdı
Vaşinqtonun blokadası işə yaramadı: İranın neft gəlirləri 7,5 milyard dollara çatdıDünən, 23:30. Yazar: vasif |
![]() aia.az xəbər verir ki, ABŞ-nin tətbiq etdiyi dəniz blokadasına və sanksiya təzyiqlərinə baxmayaraq, İran neft satışından əldə etdiyi gəlirləri kəskin şəkildə artırmağı bacarıb. İranın Neft Nazirliyinin yaydığı məlumata görə, ölkə 2026-cı ilin birinci rübündə 7,5 milyard dollar dəyərində neft ixrac edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 150 faiz çoxdur. Qeyd olunur ki, neft gəlirlərindəki bu rekord artım Vaşinqtonun dəniz nəzarətini və məhdudiyyətlərini sərtləşdirdiyi bir vaxtda qeydə alınıb. Geri dön |