Ana Sayfa > Gündəm > Danışıqların növbəti mərhələsi Bakıda keçiriləcək
Danışıqların növbəti mərhələsi Bakıda keçiriləcək4-04-2017, 16:19. Yazar: admin |
"Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin axırı Bakıda keçiriləcək". AİA.Az xəbər verir ki, bunu Trend-ə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsinin mətbuat katibi Maya Kosyançiç deyib. Onun sözlərinə görə, yeni saziş tərəflər arasında qarşılıqlı səmərəli əməkdaşlıq və siyasi dialoq üçün yenilənmiş baza təqdim edəcək. Qeyd edək ki, yeni sazişlə bağlı danışıqların ilk mərhələsi fevralın 7-i Brüsseldə baş tutmuşdu. AİA.az Geri dön |